Ən zəif bənd – 2

(Əvvəli olub, axırı bilinmir)

Apr 18, 2025 - 12:59
Ən zəif bənd – 2

Hansı əbləhin sifəti meymunun əti kimi qırmızıdır?

Kimin başında yalnız dili işləyir?

Ağ evin sözçüsünü ağzını açmağa qoymayan kimdir?

Kim öz sözündən həmişə geri çəkilir?

Düşüncə qapıları kimin üzünə bağlıdır?

Dünya siyasəti, təhlükəsizlik və iqtisadiyyat məsələləri kimin üçün Çin əlifbası kimidir?

Kim özünü dünya gözəli, arvadını isə dünyanın bəxtəvəri hesab edir?

Kim hesab edir ki, hesab pul saymaq üçündür?

İki ay ərzində 2 milyard düşmən qazanan “ağıllı” kimdir?

Kim özünü peşəkar sanır, əslində isə diletantdır?

Balıqları duru suda qaçıran kimdir?

Kimə görə xalqı balıq yox, öz soxulcanını qarmaqdan çıxarıb yeməli olacaq?

Suyu bulandıran kimdir?

Kimin cibi dolu, başı boşdur?

Pul gəldikcə ağlı gedən kimdir?

Kim arzularını həyata keçirmək üçün qızıl balığı gözləyir?

Start zamanı yerində ilişib qalan stayer kimdir?

Kimi düşünməyə vadar etmək mümkün deyil?

Kimə hətta İlon balası ağıl verir?

Yuvarlanacağı dərənin dərin olacağını zirvəyə qalxarkən düşünməyən kim olub?

Kimin intellektual səviyyəsi olmaması səbəbindən qətiyyən enmir?

Növbəti mərhələdə kimə “İtil buradan!” deyiləcək?

Xalq arxasını ona çevirəndə kim hesab edir ki, camaat onu düşməndən sipər kimi qoruyur?

Başdan götürüb bosbaşa qoyan kimdir?

Kim ölkənin hərbi qüdrətini öz intellektual qüdrəti hesab edir?

Kimin düşüncə şamı sönüb?

Plovu dovğa bilib fasiləsiz bulayan kimdir?

Kimin parlaq nitqləri zırt-pırt imiş?

Kimin qorxudan nəfəsi iylənib?

Kim reallıqdan ayrı düşüb?

Kim dünyanı imperiya, özünü imperator sayır?

Ölkələri öz oyuncağı bilən tərbiyəsiz “uşaq” kimdir?

Kimin bilikləri mikroskop altında da görünmür?

Öz xalqını bədbəxt edən kimdir?

Hamıya kimsiz yaxşı olar?

Kim elə bildi ki, dəryaya baş vurur, başı isə gölməçəyə girdi?

Tarixə biletsiz düşmək istəyən kimdir?

Kim cəhənnəmə gedənlərə yoldaşdır?

Kim tamam unudub ki, əməllərinə görə cavab verməli olacaq?

Kim dünya siyasətini beşdaş oyunu ilə çaşdırır?

Dünyada ən böyük maaş alan çərənçi kimdir?

Güldürmək əvəzinə məyus edən təlxək kimdir?

Biznesin mənəviyyatını pozaraq onu pozğun edən kimdir?

Çıxış qapısına doğru kim tələsməlidir?

Kim öz sözlərindən boyun qaçırır?

Axırda kim öz canını məsuliyyətdən kənara çəkəcək?

Gözün kimi deyir ki, görmək istəmir?

Kim elə düşünür, guya dünya tarixi onun doğum tarixindən başlanır?

Özünün intriqalar torunda əli-ayağı dolaşan kimdir?

Kim Yerin “görünməyən” tərəfini görmək üçün dünya xəritəsinə arxadan baxır?

“Qənaət rejimi” elan edərək velosipedi təkərsiz qoyan kimdir?

Kimin gəlişi çaxnaşma saldısa da, gedişi rahatlıq gətirəcək?

Kim Comolunqma zirvəsinə qalxsa belə, həmişə dibdə olacaq?

Reklam prospektindən başqa heç bir ciddi nəşr oxumamış “kəlləpaça” kimdir?

Kimin səyi nəticəyə dəymir?

Kimin ətrafındakılar dağılışmaq üçün onun yıxılmasını gözləyirlər?

Kim Mendeleyev cədvəli ilə vurma cədvəlini qarışdırır?

(Ardı az qalıb)

A.ƏZİZ