Kiyevlə Moskva ərazilərin bölüşdürülməsi ilə məşğuldur - Tramp

"Hazırda Ukraynada tam atəşkəs və ərazilərin Moskva ilə Kiyev arasında mümkün bölünməsi ilə bağlı danışıqlar aparılır".

Mar 21, 2025 - 21:00
Kiyevlə Moskva ərazilərin bölüşdürülməsi ilə məşğuldur - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərlə görüşündə deyib.

"Bu, hazırda torpaqların bölünməsi və s. haqqında müzakirə olunan bir mərhələdir".

O qeyd edib ki, cəbhə xəttinin bəzi ərazilərində artıq atəşkəs əldə olunub və “hər şeyə çox yaxşı riayət olunur”.

Tramp həmçinin ABŞ, Ukrayna və Rusiya arasında münaqişənin həlli ilə bağlı ilkin razılaşmaların əldə olunduğunu açıqlayıb.

Səlcuq