İcra Hakimiyyətində əməliyyat, başçının müavini saxlanıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb. 

Nov 1, 2025 - 22:46
İcra Hakimiyyətində əməliyyat, başçının müavini saxlanıldı

SAVASHMEDİA.az xəbər verir ki, "unikal"ın əldə etdiyi məlumata görə, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib. 

Məhkəmə N.Muradov barəsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı verib.