NATO-nun “Baltik keşikçisi” missiyası başlayır – Mark Rutte
NATO dənizaltı kabelləri qorumaq üçün Baltik dənizi regionunda yeni missiyaya başlayır.
SAVASHMEDİA.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte NATO üzvü olan səkkiz Baltikyanı ölkə liderlərinin Helsinkidə keçirilən görüşündə bildirib.
Onun sözlərinə görə, missiya “Baltik keşikçisi” adlanacaq. “Bu, freqatların və dəniz patrul təyyarələrinin istifadəsi də daxil olmaqla bir sıra vasitələri əhatə edəcək və bu, Baltik bölgəsində sayıqlığımızı artıracaq", - deyə Mark Rutte jurnalistlərə müsahibəsində vurğulayıb.
O, həmçinin deyib ki, güclü müşahidə və çəkindirmə mexanizmini təmin etmək üçün kiçik hərbi-dəniz dronları donanmasının yerləşdirilməsi planları mövcuddur.
Xatirə SADİQ