Rusiyanın 60 gəmisinə qadağa qoyuldu – Avstraliyada
Avstraliya hökuməti Rusiyanın “kölgə” donanmasının bir hissəsi kimi qiymətləndirdiyi 60 gəmiyə qarşı sanksiyalar tətbiq edib.
SAVASHMEDİA.az “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.
“Rusiya bu gəmilərdən beynəlxalq sanksiyalardan yan keçmək, sanksiya tətbiq olunan neft və digər malların ixracını davam etdirmək üçün istifadə edir”, - deyə Avstraliya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri vurğulayıb.
Vonq xatırladıb ki, ölkəsi artıq Rusiya vətəndaşlarına və şirkətlərə qarşı 1400-dən çox sanksiya tətbiq edib və Ukraynaya dəstək üçün qəti tədbirlər görməyə davam edəcək.
Qeyd edək ki, dərc olunan tədbirlər hakimiyyətə bu cür gəmilərə Avstraliya sularını tərk etmək, müəyyən marşrutla getmək və ya xüsusi limanlara zəng etməmək əmri vermək hüququ verir. Bu, ölkə tarixində ilk dəfə sanksiyalar əsasında gəmilərin Avstraliya limanlarına daxil olmasına qadağa qoyulur.
Xatirə SADİQ