"Kurtlar vadisi"nin məşhur aktrisası vəfat etdi - FOTOLAR + VİDEO

Türkiyənin məşhur aktrisalarından olan Şıvqa Gerez vəfat edib.

Feb 10, 2026 - 13:38
"Kurtlar vadisi"nin məşhur aktrisası vəfat etdi - FOTOLAR + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, o, xərçəng xəstəliyindən əziyyət çəkib.

Aktrisa bir neçə ay əvvəl pərəstişkarlarına bu xəstəliklə mübarizə apardığını elan edib və sağalacağından ümidli olduğunu bildirib.

Qeyd edək ki, 55 yaşlı Ş.Gerez fəaliyyətinə rəqqasə kimi başlayıb. İbrahim Tatlısesin aparıcısı olduğu “İbo show” verilişinə rəqqasə kimi qatılıb. Daha sonra aktrisalıq edib, parapsixoloq kimi işləyib. O, aktrisa kimi “Kurtlar Vadisi” serialında cərrahpaşalıların “böyük bacısı” rolu ilə yaddaşlara həkk olunub.

Banu

Fotolarda: Şıvqa Gerez