Britaniya və Ukrayna nazirləri Londonda görüşdülər

Londonda Ukrayna və Böyük Britaniyanın xarici işlər və müdafiə nazirlərinin görüşü başlayıb.

Apr 23, 2025 - 14:20
Britaniya və Ukrayna nazirləri Londonda görüşdülər

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak və müdafiə naziri Rustem Umerov ilə birlikdə tərəfdaşlarımızla birgünlük görüşmək, Ukrayna və bütün Avropa üçün ədalətli və davamlı sülhə nail olmağa çalışmaq üçün Londona gəldim. Londonda ilk görüşümüz Rustem Umerov, Devid Ləmmi və Con Hili ilə xarici işlər və müdafiə nazirləri səviyyəsindədir”, - deyə Andrey Sibiqa vurğulayıb.

Xatirə SADİQ