Vens onu da özü ilə Azərbaycana gətirəcək

ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Ceyms Devid Vensi müşayiət edəcək.

Feb 7, 2026 - 22:06
Vens onu da özü ilə Azərbaycana gətirəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

“ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq fevralın 9-11-də İtaliyanın Milan şəhərinə, Ermənistanın İrəvan şəhərinə və Azərbaycanın Bakı şəhərinə olacaq səfərləri zamanı vitse-prezident Ceyms Devid Vensə qoşulacaq”, - məlumatda deyilir.

Bildirilir ki, o, Ermənistan və Azərbaycana səfəri zamanı ABŞ Prezidenti Donald Trampın sülh səylərini inkişaf etdirəcək və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nu (TRIPP) təşviq edəcək.