Kartalkaya yanğınında həlak olanların sayı 76 nəfər oldu

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğın nəticəsində həyatını itirənlərin sayı 76 nəfərə çatıb. 

Jan 22, 2025 - 08:11
Kartalkaya yanğınında həlak olanların sayı 76 nəfər oldu

SAVASHMEDİA.az Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bunu daxili işlər naziri Ali Yerlikaya deyib. 

O, bildirib ki, 52 cəsədin kimliyi müəyyənləşdirilib. “İndiyədək 45 vəfat edən vətəndaşımızın nəşləri ailələrinə təslim edildi. Digərlərinin kimliyini müəyyənləşdirə bilmədik. Ədliyyə Tibb Qurumunda şəxsiyyət və DNT aşkarlama işləri aparılır. Müvafiq işlər sürətlə yekunlaşdıqdan sonra onlar da ailələrinə təhvil veriləcək”, - deyə daxili işlər naziri əlavə edib. 

Nazir onu da əlavə edib ki, yanğınla bağlı davam edən istintaq çərçivəsində iş yeri sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.
 
Xatirə SADİQ