Sinan Oğan həmkarının həbsini pislədi 

Azərbaycanəsilli Türkiyə siyasətçisi Sinan Oğan Zəfər Partiyasının sədri Ümit Özdağın həbs olunmasına münasibət bildirib. 

Jan 22, 2025 - 08:15
Sinan Oğan həmkarının həbsini pislədi 

SAVASHMEDİA.az “Sözçü” qəzetinə istinadən xəbər verir ki, bu barədə Sinan Oğan “X” hesabında yazıb. 

Sinan Oğan siyasi həmkarının həbs olunmasını yanlış addım kimi qiymətləndirib. 

“PKK liderinin parlamentə dəvət edildiyi bir dövrdə Zəfər Partiyasının sədri Ümit Özdağın prezidenti təhqir etdiyi səbəbilə saxlanması, həm də “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə həbs edilməsi yanlışdır, ədalətsiz və qanunsuzdur”.

Qeyd edək ki, Sinan Oğan 2023-cü il president seçkilərinə Zəfər Partiyasının da təmsil olunduğu “ATA” koalisiyası ilə birlikdə qatılmışdı. 

Xatirə SADİQ