Almaniya kansleri NATO-nu tənqid etdi
Almaniya kansleri Fridrix Merts Rusiyanın pilotsuz təyyarələrinin Polşanın hava məkanına soxulmasını Kremlin qəsdən törətdiyi təxribat adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Politico nəşri yazıb.
Kanslerin sözlərinə görə, insident bir neçə aydır Baltikyanı regionda və NATO-nun şərq cinahında qeydə alınan Rusiya təxribatlarının növbəti mərhələsi olub. O, qeyd edib ki, dron hücumu Avropada sülhə ciddi təhlükədir və Moskvanın hərəkətlərinin şüurlu xarakter daşıdığını təsdiqləyir.
Kansler onu da etiraf NATO-nun hava hücumundan müdafiə vasitələrinin işlədiyini, lakin kütləvi sərhəd pozuntusunun qarşısını almaq üçün lazım olan qədər effektiv olmadığını etiraf edib.
O, Polşanın baş naziri Donald Tuskun müdaxilənin qəsdən törədildiyi barədə dəyərləndirməsini dəstəkləyib və Kremlin bunun “qəza” və ya “təsadüf” olduğu barədə iddialarını rədd edib.
Merz hava hücumundan müdafiə sisteminin durumuna xüsusi diqqət yetirib. Onun sözlərinə görə, bu hadisə onu göstərdi ki, NATO-nun Avropada hava hücumundan müdafiəsi əhəmiyyətli təkmilləşdirmə tələb edir.
Kansler etiraf edib ki, Avropanın və NATO-nun hava hücumundan müdafiəsi bu qədər sayda PUA-nın Polşanın hava məkanına daxil olmasının qarşısını almaq üçün işə düşsə də, lazım olduğu kimi o qədər də yaxşı çalışmayıb.
Onun fikrincə, bu, müttəfiqlər üçün ciddi siqnaldır və bu həm NATO, həm də Avropa İttifaqında dərin müzakirələrə səbəb olmalıdır.
"Biz NATO-nun Avropa hissəsinin döyüş hazırlığını və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirmək əzmindəyik və əzmində olacağıq”, - deyə Merts əlavə edib.
Xatirə SADİQ