Ərdoğanın ingiliscə sualı gündəm oldu - "Siz İransınız?" + VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Zirvəsi çərçivəsində keçirilən mətbuat konfransında müxtəlif ölkələrdən gəlmiş jurnalistlərin suallarını cavablandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu zaman "İran İnternational" kanalının müxbiri Nərgiz Huraş ilə Türkiyə Prezidenti arasında qəribə dialoq yaşanıb.
Belə ki, jurnalist özünü və təmsil etdiyi media orqanını təqdim etdikdən sonra Ərdoğana Hörmüz boğazı ilə bağlı mövqeyi, Trampla görüşdə İran məsələsinin müzakirə edilib-edilmədiyi ilə bağlı suallar verib.
Ərdoğan isə sualları cavablandırmazdan öncə jurnalistdən haralı olduğunu soruşmaq istəyib. Lakin o, ingiliscə sualı səhv verdiyi üçün qəribə dialoq alınıb:
- Siz İransınız? (Are you İran?)
- Mən əfqanıstanlıyam ( I am from Afganistan)
- Əfqanıstan?
- Bəli (Yes)
- Anladınızmı?..."
Qeyd edək ki, bu video qısa müddətdə sosial şəbəkələrdə milyonlarla baxış toplayıb və müzakirələrə səbəb olub.
Banu
Посмотреть эту публикацию в Instagram