"Həyat yoldaşım deyir, bağışla..." - Səidə Rəqsanənin üzrünü qəbul etdimi?
Müğənni Rəqsanə İsmayılova jurnalist, teleaparıcı Səidə Bəkirqızıdan üzr istəyib.
SAVASHMEDİA.az xəbər verir ki, müğənni qarşıdurmanın yox, anlaşmanının tərəfdarı olduğunu bildirib:
"Səidə xanım mənim sənətim haqqında fikir bildirsəydi, mən ona cavab verməyəcəkdim, çünki tənqidlərə açıq insanam. Amma o, mənim həyat yoldaşım haqqında alçaldıcı fikirlər səsləndirdi. Mən də əsəbimdən bəzi yanlış ifadələr işlətdim. Vəziyyətin bu yerə gəlib çıxacağını bilməzdim. Bu videonu da nəyəsə xatir çəkmirəm. İstəyirəm ki, məni düzgün başa düşsünlər. Mən heç kimin ölüsünə dil uzatmaram. Səidə xanımın atasına da Allahdan qəni-qəni rəhmət diləyirəm. Anasının əllərindən, gözlərindən öpürəm. O da xanımdır, onun dedikləri mənim ailəm, yaxınlarım tərəfindən necə xoş qarşılanmadısa, mənim də dediklərim onun ailəsi, yaxınları tərəfindən xoş qarşılanmayıb. Buna görə də, bir qadın olaraq, Səidə xanımdan üzr istəyirəm. Mən qarşıdurmanın, yox, qarşılıqlı oturub anlaşmanın tərəfdarıyam. Üzrxahlıq edirəm və düşünürəm ki, Səidə xanım bunu qəbul edəcək. İstəyirəm ki, görüşüb danışaq, aramızda mehribanlıq körpüsü yaransın, bu söz-söhbətlərə son qoyaq. Səidə xanımı öpürəm, bağrıma basıram”.
Qeyd edək ki, Səidə Bəkirqızı günlər əvvəlki çıxışında üzr istədə də Rəqsanə İsmayılovanı bağışlamayacağını bildirib.
“Həyat yoldaşım deyir ki, üzr istəsə, bağışla. Ancaq mən bağışlamayacağam. Çünki o iki dəfə mənim 16 il əvvəl ölmüş atamı təhqir edib. Mən Rəqsanəni bağışlasam, Bəkirin qızı olmaram”, – teleaparıcı qeyd edib.
Banu