Keçmiş icra başçısının oğlu Rumıniyada 40 villa ALDI

Azərbaycan əsilli biznesmen Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət daşınmaz əmlak kompleksi alıb.

Feb 3, 2026 - 10:39
Feb 3, 2026 - 14:09
Keçmiş icra başçısının oğlu Rumıniyada 40 villa ALDI

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat yayıb. 

 "Rumıniyanın “Profit.ro” portalının 29 yanvardakı məlumatına görə, layihə Salyan İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib. Tahir Kərimov 2016-cı ildə vəzifəsindən azad edilib.Abuzərlinin yaratdığı "Memaar Capital" şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb”, – Alıoğlu qeyd edib.

Jurnalist bildirib ki, “Memaar Capital” şirkəti əvvəl başqa adla təsis edilib:

“Memaar Capital” Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu və daşınmaz əmlak sahəsində təcrübəli olduğunu bəyan edir.

Yeni layihə “Harmony Homes” adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan iki mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılıb, ikinci mərhələ isə tamamilə “Memaar Capital” şirkətinin nəzarətinə keçib”.

Fotoda: Tahir Kərimov“Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra daha çox tanınıb. Belə ki, o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə çiçək çələnglərindən ibarət tağın altından keçib və həmin çələngləri yerli məktəblilər tutub. Fotolar  həmin vaxt sosial şəbəkələrdə yayılıb. Onun oğlu Umid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Xəmsə Kərimov isə 2007–2024-cü illərdə “SOCAR Petroleum SA” şirkətinə rəhbərlik edib. Maraqlıdır ki, onun bu vəzifəyə təyin olunan vaxt cəmi 23 yaşı olub” – məlumatda bildirilib.

Banu