İran Xameneinin ölümünü təsdiqlədi, 40 günlük matəm
İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin ABŞ və İsrailin birgə hücumları nəticəsində öldüyü təsdiqlənib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.
İran dövlət televiziyasının yaydığı məlumata görə isə ölkə üzrə 40 günlük matəm və 7 günlük rəsmi tətil elan olunub.
Xatırladaq ki, İsrail mediası Xameneinin hücumlarda öldüyünü açıqlayıb. Ardınca İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp İran rəsmisinin ölümünü təsdiqləyib.
Banu