Əli Xamenei bu səhvinə görə ölüb - KƏŞFİYYAT MƏLUMATI

İsrail mediası kəşfiyyat mənbələrinə istinadən yazır ki, İranın ali rəhbəri Ayətullah Əli Xameneini təhlükəsizlik qurumlarının tövsiyəsinə baxmayaraq iqamətgahını tərk etməkdən imtina edib.

Mar 1, 2026 - 02:49
Əli Xamenei bu səhvinə görə ölüb - KƏŞFİYYAT MƏLUMATI

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Xameneiə mümkün hava zərbələri və sui-qəsd riskləri fonunda mühafizə olunan bunkerə yerləşməyi təklif edib. Lakin ali rəhbər bu çağırışı qəbul etməyərək sona qədər öz iqamətgahında qalacağını bildirib.

İddia İsrail KİV-lərində yayılıb və rəsmi Tehran tərəfindən hələlik təsdiqlənməyib. (musavat)