Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi - Nə baş verib?

Serbiya prezidenti Aleksandr Vuçiçin təyyarəsi Moskvaya uçarkən Bakıda məcburi eniş edib. 

May 7, 2025 - 16:22
May 7, 2025 - 16:25
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi - Nə baş verib?

SAVASHMEDİA.az bu barədə Serbiyanın “Novosti” portalına istinadla xəbər verir. 

Məlumata görə, buna Ukraynadakı müharibə və hava məkanında döyüş vasitələrinin hərəkətləri səbəb olub. Çünki Moskvaya gedən hava məkanı bağlanıb.

Bundan əvvəl Litva və Latviya Serbiya prezidentinin təyyarəsinin keçməsinə icazə verməyib. Vuçiçin təyyarəsi Azərbaycan üzərindən dolama yolu keçmək istəyib, lakin bu, uğursuz alınıb.

Ukrayna pilotsuz təyyarələrinin hücumu səbəbindən Rusiyaya uçuş təhlükəli hesab edilib və o, Bakıda dayanmalı olub. 

Xatirə SADİQ