Türkiyə “xarici agentlər” haqqında qanun qəbul edəcək? – “Bloomberg”
Türkiyə milli maraqları təhdid edə biləcək xarici təsirə yönəlmiş yeni qanun tətbiq etmək niyyətindədir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, qanun layihəsi ictimaiyyətin narahatlığına səbəb olub, çünki insanlar onun fərqli fikirləri yatırmaq üçün bir vasitəyə çevriləcəyindən ehtiyat edirlər.
Məlumata görə, qanun layihəsi yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq. “Xarici agentlər” qanunu xarici dövlətin və ya təşkilatın təsiri altında “dövlətin təhlükəsizliyi və ya onun daxili və ya xarici siyasi maraqları” əleyhinə işləyənlərin fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıyır. Cəza yeddi ilə qədər həbs ola bilər.
Xatirə SADİQ