31 min müəllimin maaşı 35% artırılır - RƏSMİ
Azərbaycanda sertifikatlaşdırmadan uğurla keçən minlərlə müəllimin əməkhaqqına əlavə veriləcək.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Təhsil işçilərinin sentyabr konfransında məlumat verib.
Onun sözlərinə görə, bu il sertifikatlaşdırma prosesində təxminən 105 min müəllim iştirak edib.
Eşqi Bağırov bildirib ki, sertifikatlaşdırmadan uğurla keçən 31 min müəllimin maaşına 35 faiz əlavə olunacaq.
Qeyd edək ki, 35 faizlik əlavə sertifikatlaşdırmada 51 və daha yüksək bal toplayaraq uğur qazanan müəllimlərə tətbiq edilir. Keçid balını toplayan digər müəllimlərin əməkhaqqına isə 10 faiz əlavə verilir.
Aytən