Mirmahmud Mirəlioğlunun nəvəsinin ölüm səbəbi bilindi
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ailəsindən məlumat verilib.
Partiya sədrinin nəvəsi Fəttayev Müşfiq Mirmehdi oğlu bu gün saat 20.00 radələrində avtomobildə olarkən özünü pis hiss edib. Həmin vaxt avtomobildə olan ailə üzvləri onu Sumqayıtda xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Ancaq həkimlərin səyinə baxmayaraq, Müşfiq Fəttayev həyatını itirib.
Müşfiq Fəttayev Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olub.
Qeyd edək ki, Mirmahmud Mirəlioğlunun oğlu, 11-ci sinif şagirdi olan Mircəlil Fəttayev 2009 oktyabrın 2-də, 28 yaşlı qızı Mahirə Fəttayeva 11 iyun 2012-ci ildə ürəktutmasından vəfat edib.
Aytən