"Gəncədən qalxan təyyarəni İsrail vurub, gizlədə bilməyəcəksiniz" - Cinayət işi açıldı

“Azərbaycandan qayıdarkən qəzaya uğrayan “C-130” hərbi yük təyyarəsini İsrail vurub”.

Apr 2, 2026 - 19:19
Apr 2, 2026 - 19:23
"Gəncədən qalxan təyyarəni İsrail vurub, gizlədə bilməyəcəksiniz" - Cinayət işi açıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek çıxış edib.

“Azərbaycandan gələn hərbi yük təyyarəmizi İsrailin vurduğunu niyə açıqlamırsınız? Neçə ay keçib, bu sənədi niyə gizlədirsiniz? İsrail təyyarəmizi vurdu, 34 zabitimizi şəhid etdi. Şəhid üstündən ədəbiyyat yazmaqda heç kim sizinlə rəqabət apara bilməz, amma onları İsrailin şəhid etdiyini açıqlaya bilmirsiniz. O sənədi gizləyə bilməyəcəksiniz” – Perinçek bildirib.

Türkiyənin Milli Müdafiə Nazirliyi partiya sədrinin iddiası ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, Perinçekə cinayət işi açılıb və məhkəmə başlayıb.

Fotoda Doğu Perinçek

“Siyasi partiya sədrinin Türkiyə Silahlı Qüvvələrini hədəf alan və siyasi motivlərlə irəli sürdüyü iddialar ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiyadır. Konkret dəlilləri olmayan bu açıqlamalar Türkiyə Silahlı Qüvvələrinin nüfuzuna xələl yetirmək və rəsmi açıqlamaları qəsdən təhrif etmək məqsədi daşıyır.

Xüsusilə də Azərbaycan-Gürcüstan sərhədində baş verən və 20 qəhrəman silah yoldaşımızın şəhid olduğu hadisə ilə bağlı əsassız açıqlamalar, o cümlədən şəhidlərin sayının səhv göstərilməsi pisniyyətli yanaşmanın məhsuludur. Qəzaya düşən “C-130” təyyarəsi ilə bağlı hərtərəfli və dəqiq texniki araşdırma başlanıb. Müvafiq proseslər başa çatdıqdan sonra yekun hesabat ictimaiyyətə şəffaf şəkildə açıqlanacaq” – bəyanatda qeyd olunub.

Xatırladaq ki, 2025-ci il noyabrın 11-də Gəncədən Türkiyəyə uçan, Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus “C130” hərbi yük təyyarəsi Gürcüstanda qəzaya düşüb. Qəza nəticəsində 20 hərbçi həlak olub.

Banu