Bakıda ən ucuz torpaq bu ərazilərdədir - QİYMƏTLƏR

Son illərdə daşınmaz əmlak bazarında qiymətlərin sürətlə artması ev sahibi olmaq üçün alternativ yolları gündəmə gətirib. Bu variantlardan biri də torpaq alaraq fərdi ev tikməkdir. 

Apr 2, 2026 - 20:36
Bakıda ən ucuz torpaq bu ərazilərdədir - QİYMƏTLƏR

Bəs hansı daha sərfəlidir, hazır mənzil almaq, yoxsa torpaq alıb ev tikmək?

SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, münasib qiymətə torpaq tapıldığı halda fərdi ev tikmək daha sərfəli ola bilər. Onun sözlərinə əsasən, tikintinin kvadratmetri təmir səviyyəsindən asılı olaraq təxminən 500-800 manata başa gəlir. Torpaq və abadlaşdırma xərcləri də əlavə edildikdə, ümumi qiymət bir kvadratmetr üçün orta hesabla 1000 manata yaxınlaşır. Halbuki mənzillərin qiyməti daha yüksəkdir, şəhər üzrə orta göstərici 3500 manat, bəzi ərazilərdə isə, xüsusilə Nəsimi rayonunda, 17 min manata qədər yüksəlir.

Ekspert bildirir ki, kiçik evlər üçün 2-3 sot, 100-150 kvadratmetrlik fərdi yaşayış üçün 5-6 sot, daha böyük layihələr üçün isə 10-12 sot torpaq sahəsi tələb olunur.

Torpaq qiymətləri isə yerləşdiyi əraziyə görə dəyişir. Elanlara əsasən, Bakı ətrafı ərazilərdə bir sot torpaq 6 min manatdan başlayır və bu qiymətə Saray, Fatmayi, Məmmədli kimi ərazilərdə çıxarışlı sahələr tapmaq mümkündür. Paytaxta yaxın yerlərdə isə qiymətlər xeyli yüksəkdir, bəzi ərazilərdə bir sot üçün 55-60 min manat tələb olunur.