Çindən “Boeing” şirkətinə zərbə - “Təyyarələrinizi almırıq”
Çin hakimiyyəti ölkənin aviaşirkətlərinə Amerikanın “Boeing” şirkəti tərəfindən istehsal olunan təyyarələrin tədarükünü dayandırmağı əmr edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Məlumata görə, bu göstəriş ABŞ-nin Çin mallarına 145% rüsum tətbiq etmək qərarına cavabdır. “Boeing” şirkətinin səhmləri çərşənbə axşamı səhər ticarətində 2,5% ucuzlaşıb.
Bundan əlavə, Çin aviadaşıyıcılarına Amerika şirkətlərindən istənilən aviasiya avadanlığı və hissələrinin alınmasını dayandırmağı tapşırılıb.
“Bloomberg” mənbələri bildiriblər ki, Çin hökuməti “Boeing” təyyarələrini icarəyə götürən və ABŞ-nin yeni tarifləri səbəbindən artan xərclərlə üzləşən aviaşirkətlərə dəstək göstərmək imkanlarını da nəzərdən keçirir.
Xatirə SADİQ