Makrondan Trampın "arvadı döyür" sözlərinə CAVAB

Fransa Prezidenti Emmanuel Makron Cənubi Koreyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb. 

Apr 2, 2026 - 21:58
Makrondan Trampın "arvadı döyür" sözlərinə CAVAB

SAVASHMEDİA.az xəbər verir ki, E.Makron ABŞ lideri Donald Trampın haqqında səsləndirdiyi fikirlərə reaksiya verib.

Prezident bildirib ki, Trampın şərhi diplomatik ritorikaya uyğun deyil:

"Mən buna cavab verməyəcəyəm.  Sizin istinad etdiyiniz ifadələr nə zərifdir, nə də ləyaqətli. Buna görə də mən onlara cavab vermək istəmirəm. O ifadələr cavab verilməyə layiq deyillər”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibədə ABŞ-yə dəstək verməyən Fransa prezidentini sərt tənqid edib. Bu zaman o, Makronla həyat yoldaşının münasibətlərini də lağa qoyub: 

“Fransaya, Emmanuel Makrona zəng etdim. Arvadı onunla son dərəcə pis davranır, o isə hələ də çənəsinə dəyən zərbənin təsirindən özünə gəlməyə çalışır”.

Banu