İranlı etirazçılara dəstək verən Trampa rəsmi təhdid - "Əlini kəsərik"
İran Ali Milli Təhlükəsizlik Şurasının üzvü Əli Şamxani ABŞ prezidenti Donald Trampın İranda etirazçılara dəstək bəyanatına sərt reaksiya verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Trampın "etirazçılara atəş açılsa, köməyə gələcəyik" fikrinə xəbərdarlıqla cavab verən Şamxani sosial mediada yazıb:
"İran xalqı ABŞ-nin İraq və Əfqanıstanda, eləcə də Qəzzadakı "xilas" təcrübəsi ilə yaxşı tanışdır. İranın təhlükəsizliyinə hansısa bəhanə ilə müdaxilə edən istənilən əl kəsiləcək".
O əlavə edib ki, milli təhlükəsizlik məsələsi "macəraçı tvitlər üçün mövzu deyil, qırmızı xəttdir".
Bu arada Sistan və Bəlucistan əyalətinin Zahedan şəhərində sakinlər "Diktatora ölüm" kimi şüarlar səsləndirərək ölkəmiqyaslı etirazlara qoşulublar.
Oğuz