"Bu, son döyüşdür, Pəhləvi qayıdacaq" - Şahın mühacir oğlu Misirdən meydan oxuyur

İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu, mühacirətdə yaşayan Rza Pəhləvi hakimiyyətə gəlmək üçün hərəkətə keçib.

Jan 2, 2026 - 17:44
"Bu, son döyüşdür, Pəhləvi qayıdacaq" - Şahın mühacir oğlu Misirdən meydan oxuyur

SAVASHMEDİA.az-ın xəbərinə görə, bir sıra Qərb mənbələri İrandakı mövcud işğişaş və etirazlar dalğasının arxasındakı fiqurun məhz Rza Pəhləvi olduğunu təxmin edir.

Qeyd edək ki, Rza Pəhləvi sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi və Fərəh Pəhləvinin böyük oğludur.  keçmiş F-5 qırıcısının pilotu olmuş Rza Pəhləvi 1979-cu ildə baş vermiş İran İslam İnqilabından sonra İranı tərk edərək ABŞ-yə qaçmaq məcburiyyətində qalıb. O, hazırda Vaşinqton şəhərində yaşayır.

Siyasi təhlilçilər hesab edir ki, Rza Pəhləvi ABŞ üçün həmişə İranla bağlı "X planı"nın açar fiqurlarından biri olub. ABŞ və Avropadakı iranlı mühacirlərin lideri rolunda görünməsində də Vaşinqtonun xüsusi əməyinin olduğu danılmazdır. Başqa sözlə, illərdir iranlı mühacirləri Rza Pəhləvinin ətraflında toplayan ABŞ indi bu gücdən İranı daxildən çökdürmək məqsədilə istifadə etməyə çalışır.

İranda etiraz aksiyalarının başlamasından dərhal sonra etirazçıları dəstəklədiyini bəyan edən Rza Pəhləvi ölkədəki vəziyyətlə bağlı sərt və açıq çağırışla çıxış edib. Rza Pəhləvi İran İslam Respublikasını “tarixin sonuna yaxınlaşan rejim” kimi xarakterizə edərək, mövcud hakimiyyətin çökməsinin artıq zaman məsələsi olduğunu bildirib.

Aksiyalarda səslənən şüarlar da mühacirdəki şah oğlunun etirazçılar arasında böyük nüfuzu olduğunu düşünmək üçün əsaslar yaradır. Məsələn, həmin məşhur şüarlardan biri belədir: "Bu, son döyüşdür, Pəhləvi qayıdacaq" 

Digər maraqlı nüans isə ABŞ-də yaşayan Rza Pəhləvinin etiraz aksiyaları başladıqdan sonra Misirə gəlməsi və buradan etirazçılarla həmrəylik bəyanatları səsləndirməsidir.

Oğuz