Ərdoğanla İmamoğlunun heç yerdə yayımlanmayan FOTOSU – 23 il əvvəl...

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri, Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Əkrəm İmamoğlu ilə Türkiyə Preizdenti Rəcəb Tayyib Ərdoğanın indiyədək heç yerdə yayımlanmayan fotosu paylaşılıb.

Oct 22, 2025 - 11:42
Ərdoğanla İmamoğlunun heç yerdə yayımlanmayan FOTOSU – 23 il əvvəl...

SAVASHMEDİA.az xəbər verir ki, İmamoğlunun ailə albomuna aid olan şəklin 2002-2003-cü illərdə Ərdoğanın Trabzona səfəri zamanı çəkildiyi bildirilir. İmamoğlu həmin illərdə “Trabzonspor” futbol klubunun idarə heyətinin üzvü olub. Fotonun çəkildiyi gün klubun idarə heyəti ilə Ərdoğanın görüşü keçirilib.

Sentyabrın 26-da CHP-dən xaric edilən siyasətçi, partiyanın sabiq millət vəkili Barış Yarkadaş da sözügedən fotonu paylaşaraq yazıb:

“Ə.İmamoğlu AKP-nin Beylikdüzü bələdiyyə sədrliyinə namizədliyi qeydə alınmadığı üçün CHP-yə keçdi. İndi də həbsxanadadır. İntizam təqibi səbəbi ilə CHP-dən xaric ediləcəkdi, ancaq buna İstanbul bölgə sədri Gürsel Tekin mane oldu. Kamal Kılıçdaroğlu da onu (İmamoğlunu-red) zirvəyə yüksəltdi”.

Banu