“Qərb dövlətlərinə görə iflic vəziyyətindəyik” – Putin ETİRAF ETDİ

Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) fəaliyyətinin uzun illərdir iflic vəziyyətində olduğunu bildirib.

Nov 19, 2026 - 19:13
“Qərb dövlətlərinə görə iflic vəziyyətindəyik” – Putin ETİRAF ETDİ

SAVASHMEDİA.az TASS-s istinadən xəbər verir ki, Putin təşkilatın müəyyən etdiyi qaydalara əməl olunmasının vacibliyini vurğulayıb.

Rusiya liderinin sözlərinə görə, ÜTT-nin fəaliyyətində yaranmış problemlərə görə məsuliyyət Qərb ölkələrinin üzərinə düşür. Çünki Qərb tərəfdaşları təşkilatın normal fəaliyyətinə mane olur və ticarət mübahisələrinin həllini mümkünsüz edirlər.

Putin bildirib ki, əsas məqsəd təşkilatın qaydalarını dəyişdirmək deyil, mövcud normaların icrasına nail olmaqdır.

Banu