Çuameni daha 6 il “Real Madrid”də top qovacaq

“Real Madrid” fransalı yarımmüdafiəçi Orelyen Çuameni ilə müqavilənin müddətini 2032-ci il iyunun 30-dək uzadıb.

Nov 19, 2026 - 19:02
Çuameni daha 6 il “Real Madrid”də top qovacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2022-ci ilin iyulundan Madrid təmsilçisində çıxış edir. “Real” həmin vaxt onun transferi üçün Fransanın “Monako” klubuna 80 milyon avro ödəyib.

Çuameni indiyədək Madrid klubunun heyətində 205 oyuna çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə edib. O, cari mövsümdə 10 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı futbolçu “Real”la İspaniya çempionluğu və ölkə kubokunu, UEFA Çempionlar Liqasını və Klublararası Dünya Çempionatını qazanıb.

Banu