Aktürkoğlu baş məşqçiyə "Fənərbağça"ya qarşı oynamaq istəmədiyini dedi - QƏRAR VERİLDİ
“Fənərbağça” sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Benfika” ilə qarşılaşacaq.
SAVASHMEDİA.az xəbər verir ki, Portuqaliyada baş tutacaq oyunda “Benfika”nın “Fənərbağça”ya transfer məsələsi gündəmdə olan Kərəm Aktürkoğlunu oynadıb oynatmayacağı maraq doğurub.
Portuqaliya mətbuatının yazdığına görə, “Benfika” start heyətə Kərəm Aktürkoğlunu daxil etməyib. O, matçı ehtiyyat oyunçular skamyasında izləyəcək.
Baş məşqçi Bruno Leagenin bu qərarı “Fənərbağça” ilə ilk matçda Kərəmin performansından razı qalmaması ilə əlaqələndirilib.
Ümumiyyətlə, ilk matçdan sonra Portuqaliya mətbuatı Kərəmin “Fənərbağça”ya qarşı oynamaq istəmədiyini, matça isə könülsüz çıxdığını, yaranan imkanlardan qəsdən istifadə etmədiyini yazıb.
Bəzi iddialara görə isə Kərəm Aktürkoğlu baş məşqçi ilə söhbətində "Fənərbağça"ya qarşı oynamaq istəmədiyini eşitdirib və tərəflər bu məsələdə razılığa gəliblər.
Xatırladaq ki, Kərəm Aktürkoğlunun “Fənərbağça”ya transfer məsələsi hələ də gündəmdə olsa da, tərəflər aylardır yekun razılığa gələ bilməyiblər.
Çağatay