“Putinlə nüvə tərksilahını müzakirə etdik” - Tramp 

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı nüvə tərksilahını müzakirə etdiyini bildirib. 

Aug 26, 2025 - 13:42
“Putinlə nüvə tərksilahını müzakirə etdik” - Tramp 

SAVASHMEDİA.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Tramp jurnalistlərlə ünsiyyəti zamanı deyib. 
 
Onun sözlərinə görə, nüvə tərksilahı Putinlə danışıqlarının əsas istiqamətlərindən biridir. Rusiya lideri “bunu etməyə hazırdır” və Çin də prosesə qoşula bilər.

“Rusiya və Çinlə etməyə çalışdığımız işlərdən biri nüvəsizləşdirmədir. Bu, çox mühümdür. Mən bunu Putinlə müzakirə etdim, özü də təkcə bunu yox. Mən hesab edirəm ki, nüvəsizləşdirmə çox, çox böyük oyundur. Amma Rusiya buna hazırdır və düşünürəm ki, Çin də hazır olacaq. Biz nüvə silahının yayılmasına imkan verə bilmərik. Biz nüvə silahlarını dayandırmalıyıq”, - deyə ABŞ prezidenti vurğulayıb.

Xatirə SADİQ