Zaxarovadan Bakıya barışıq şərti - "Onları azad edin"

Bakıda həbs olunan Rusiya vətəndaşlarının azad edilməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq.

Sep 4, 2025 - 08:47
Zaxarovadan Bakıya barışıq şərti - "Onları azad edin"

SAVASSHMEDİA.az xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib:

“Bakıda həbs edilən Rusiya vətəndaşlarının azad edilməsinin Rusiya ilə Azərbaycan arasında münasibətlərdə vəziyyətin normallaşdırılması istiqamətində mühüm addım olduğunu vurğulayırıq".

O, əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi “hüquq-mühafizə orqanları və həbs olunanların yaxınları ilə daimi əlaqə saxlayır”: "Biz bəzi vətəndaşlarımızın xahişi ilə vəkillərin fəaliyyətinin maliyyələşdirilməsinə yardım edirik. Bakı istintaq təcridxanasında konsulluq əməkdaşlarının Rusiya vətəndaşları ilə üç dəfə görüşü təşkil edilib".