“Bəyanatlara deyil, Trampın nə etdiyinə baxın” - Mark Rutte

NATO baş katibi Mark Rutte Vaşiqtonun mövqeyini siyasi bəyanatlarla deyil hərəkətlərlə və onların ümumi müdafiəyə verdiyi töhfələrlə qiymətləndirməyə çağırıb.

Jun 25, 2025 - 13:05
“Bəyanatlara deyil, Trampın nə etdiyinə baxın” - Mark Rutte

SAVASHMEDİA.az xəbər verir ki, baş katib bunu NATO sammitinin iclasının başlamasından öncə jurnalistlərə bildirib.

ABŞ prezidenti Donald Trampın NATO-nun müştərək müdafiə haqqında 5-ci maddəsi üzrə Alyansın öhdəliklərini bir daha şübhə altına aldığı son açıqlaması ilə bağlı suala cavabında Mark Rutte jurnalistlərə Amerika rəhbərliyinin hərəkətlərinə diqqəy yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, belə qiymətləndirmə ona nikbinliyi saxlamağa imkan verir.
 
“ABŞ-nin nə etdiyinə, Donald Trampın nə etdiyinə baxın. Onlar müdafiəyə, demək olar ki, trilyon (dollar – ildə) xərcləyirlər, NATO-dakı digərlərindən daha çox təqdim edirlər. Onlar əsas mühüm baçarıqları NATO-ya ötürürlər”, - deyə baş katib vurğulayıb. 

ABŞ-ni “NATO-nun tərkibində digərlərindən fərqlənən çox mühüm iri müttəfiq” adlandıran baş katib qeyd edib ki, ABŞ və alyansın digər üzvlərinin xərclərinin bərabərləşdirilməsini normal hesab edir.

“Sonrakı illərdə biz tədricən ABŞ-dan yükü avropalı tərəfdaşlarımızın və Kanadanın üzərinə köçürəcəyik. Və mən bunu ədalətli hesab edirəm. Xərcləri bərabərləşdirməliyik”, - deyə o, əlavə edib.

Hərçənd Rutte ABŞ-nin NATO öhdəliklərinə sadiqliyi ilə bağlı şərh verməməkdən yayınıb. 

Xatırladaq ki, sammitə yollanarkən ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO haqqında Müqavilənin 5-ci maddəsinin – alyansa hücum zamanı kollektiv müdafiəni nəzərdə tutan əsas müddəası ilə bağlı vahid təfsir mövcud deyil. Lakin həmin bəyanatda o, ABŞ-nin alyansın digər üzvlərini müdafiə etmək öhdəliyindən imtina etməyib və əlavə edib ki, sammitdə buna cavab verəcək.

Xatirə SADİQ