“Bu, hər kəs üçün böyük qələbədir” - Donald Tramp 

ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqa sammitində Yaxın Şərqdə atəşkəs və İranın zərbələri ilə bağlı çıxış edib.

Jun 25, 2025 - 13:08
“Bu, hər kəs üçün böyük qələbədir” - Donald Tramp 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

NATO-nun baş katibi Mark Rutte ilə birlikdə suallara cavab verən Donald Tramp deyib ki, alyans üzvləri müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırdıqdan sonra NATO “çox güclü olacaq”. ABŞ prezidenti bunu “hazırkı 2%-dən böyük sıçrayış” adlandırıb. 

Mark Rutte amerikalı prezidentə təşəkkür edib: “Əgər siz 2016-cı ildə seçilməsəydiniz və sonra yenidən seçilməsəydiniz, bu, baş verməzdi”. 

“Bu, hər kəs üçün böyük qələbədir”, - deyə Tramp vurğulayıb.

İran və İsrail arasında atəşkəsin necə getdiyi ilə bağlı suala Tramp “Məncə, çox yaxşı gedir” cavabını verib. 

O, bunun ölkələr arasında “bərabər razılaşma” olduğunu deyib.

“Bizim nəhəng qələbəmiz, nəhəng zərbəmiz oldu”, - deyə Tramp əlavə edib.

Xatirə SADİQ