Paşinyan Başkəndi bu kəndlə dəyişmək istəyir - MÜBADİLƏ TƏKLİFİ

"Başkənd (Ermənistanın Artsvaşen adlandırdığı eksklav) məsələsinin həlli variantlarından biri ərazi mübadiləsi ola bilər".

Jun 3, 2026 - 12:43
Paşinyan Başkəndi bu kəndlə dəyişmək istəyir - MÜBADİLƏ TƏKLİFİ

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Göyçə bölgəsində seçkiqabağı görüş zamanı bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan delimitasiya prosesinə problemi gələcək nəsillərə miras saxlamamaq məqsədilə yanaşmalıdır.

"Prinsip budur ki, tərəflər delimitasiya prosesindən bir-birinə zərər vermək üçün deyil, mövcud problemləri həll etmək üçün istifadə etsinlər. Bizim vəzifəmiz gələcək nəsillərə sərhədləri dəqiq müəyyənləşdirilmiş dövlət ötürməkdir", - o deyib.

Paşinyan ilk dəfə deyil ki, anklavların mübadiləsi ideyasını gündəmə gətirir. O, hələ 2021-ci ildə Azərbaycanın nəzarətində olan Başkəndin (Artsvaşen - red) Ermənistanın nəzarətində qalan  Azərbaycan anklavları ilə dəyişdirilə biləcəyini bildirmişdi.

Qeyd edək ki, Artsvaşen Ermənistanın Azərbaycandakı eksklavı olub və 1992-ci ildən Azərbaycanın nəzarətindədir. Anklav və eksklavların taleyi Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə danışıqlarda açıq qalan məsələlərdən biri hesab olunur.

Oğuz