Tramp və Zelenski Haaqada görüşəcəklər
Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp bu gün NATO-nun Haaqa sammiti çərçivəsində görüşəcəklər.
SAVASHMEDİA.az bu barədə “France-Presse” agentliyinə istinadən xəbər verir.
Ukrayna prezidentinin ofisinə istinadən agentlik bildirir ki, görüşün Kiyev vaxtı ilə saat 15:30 radələrində başlaması planlaşdırılıb.
Danışıqlardan əvvəl hər iki tərəfin qısa bəyanatlar verməsi gözlənilir.
Xatirə SADİQ