İranda iki SEPAH üzvü öldürüldü
İranın Səravan şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri silahlı şəxslər tərəfindən öldürülüblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Səravan şəhərində "Peugeot-405" markalı avtomobildə olan iki SEPAH üzvü silahlı şəxslərin bir neçə dəfə atəş açması ilə öldürülüb.
Öldürülənlərin Sadeq Mahmudi və Milad Damənkeş olduğu bildirilir.