Mədə ağrısından xilas olmağın - TƏBİİ ÜSULLARI
Orqanizmə ən çox narahatlıq verən sağlamlıq problemlərindən biri də mədə ağrısıdır. Mədə ağrısı gündəlik həyatımıza, işlərimizə mane ola biləcək önəmli faktordur.
Həddindən artıq yağlı, ədviyyatlı və turş qidaların qəbulu, çox və sürətli yemək yemək, stress və narahatlıq, mədə infeksiyaları, reflüks xəstəliyi, qastrit və xoralar, bağırsaq problemləri - qəbizlik, qaz və ya şişkinlik, qidaya dözümsüzlük və allergiyalar, laktoza və ya gluten kimi maddələrə qarşı həssaslıq, mədə xərçəngi, peritonit (qarın qişasının iltihabı), infarkt mədə ağrısına səbəb ola bilər. Qarındakı ağrılar, şişkinlik, bulantı, qusma, iştahsızlıq, gəyirmə və qaz, mədədə yanma hissi, kramplar, ishal və ya qəbizlik, qızdırma mədə ağrısının əlamətləridir.
SAVASHMEDİA.az oxucuları üçün mədə ağrısından qurtulmanın təbii üsullarını təqdim edir:
Bağayarpağı şirəsi
Bağayarpağını əzib tənziflə suyunu sıxıb 2-3 xörək qaşığı qəbul etsəniz, mədədəki ağrı və yanmalardan xilas olacaqsınız.
Ada çayı (Şalfey)
Ada çayı bir çox xəstəliklərin olduğu kimi mədə ağrısının da dərmanıdır. Bir və ya iki xörək qaşığı ada çayını bir fincana tökün, üstünə qaynar su əlavə edib dəmlənməsini gözləyin. İlıq halda süzüb için.
Zəncəfil çayı
Zəncəfilin iltihab əleyhinə xüsusiyyətləri mədə ağrısını aradan qaldırmağa kömək edir. Qaynar suya təzə zəncəfil əlavə edilərək hazırlanan çay həzmi asanlaşdırır və mədəni sakitləşdirir.
Nanə çayı
Nanə mədə əzələlərini rahatlaşdırır və spazmları azaldır. Həm də qaz və şişkinlik kimi simptomları aradan qaldırır.
İlıq su içmək
İlıq su mədə əzələlərini rahatlamağa və mədə turşusunu balanslaşdırmağa kömək edir.
Düyü Suyu
Ağrı zamanı düyü suyu mədədə sakitləşdirici təsir göstərə bilər. Düyü qaynadılıb suyu süzüldükdən sonra ilıq halda içmək olar.
Banan və ya qatıq
Banan mədəni qoruyan təbii quruluşa malikdir. Qatıq tərkibindəki probiotik tərkibi ilə həzmi dəstəkləyir.
Az-az və tez-tez (5-6 dəfə) yemək
Az miqdarda və tez-tez yemək mədədəki təzyiqi azalda bilər.
Yavaş və az yeyin
Sürətli yemək mədədə gərginlik yarada bilər. Yeməyi yavaş-yavaş və yaxşıca çeynəməklə istehlak etmək faydalıdır.
Acı və turş qidalar qəbul etməmək
Acı və turş qidalar mədəni qıcıqlandıra bilər. Yüngül və asan həzm olunan qidalara üstünlük verilməlidir.
Stresdən qaçmaq
Stress mədə ağrılarına səbəb ola bilər. Meditasiya və ya yoqa kimi istirahət üsullarından istifadə edilə bilər.
Banu