Orban Zelenskiyə barmaq silkələdi - “Fəsadları gözləyin”

Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Volodimir Zelenskinin “Drujba” neft kəməri ilə bağlı fikirlərini “şantaj və təhdid” adlandırıb.

Aug 26, 2025 - 13:37
Orban Zelenskiyə barmaq silkələdi - “Fəsadları gözləyin”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Magyar Nemzet nəşri məlumat yayıb.

“Bu, zəngin hadisələrlə dolu həftəsonu idi. Prezident Zelenski açıq şəkildə Macarıstanı hədələdi. O, etiraf etdi ki, "Drujba" boru kəmərinə atəş açırlar, çünki biz onların Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləmirik. Bu, macarların düzgün qərar qəbul etdiyini göstərir”, - deyə Orban vurğulayıb.

Orban qeyd edib ki, şantaj, bombalama və təhdidlər heç kimi Aİ-yə gətirməyəcək. 

“Zelenskinin sözləri uzunmüddətli fəsadlara səbəb olacaq”, - deyə baş nazir hədələyib.

Xatırladaq ki, avqustun 24-də Zelenski elan edib ki, “Drujba” neft kəmərinin mövcudluğu Macarıstanın mövqeyindən asılıdır. 

Aİ icra hakimiyyəti “Drujba” boru kəməri ilə Slovakiya və Macarıstana neft tədarükünün müvəqqəti dayandırılmasından xəbərdar olduqlarını təsdiqləyib. 

Ukrayna mediası yazır ki, Kiyev ilk növbədə Macarıstanla münasibətləri tamamilə pozmamaq üçün indiyədək “Drujba”ya zərbə endirməkdən çəkinirdi, lakin Orbanın yeni kursu ukraynalılara seçim qoymayıb. 

Xatirə SADİQ