Türkiyə sülhməramlılarını Ukraynaya göndərəcək – “Bloomberg”

Türkiyə prezidenti fevral ayında Ankarada ukraynalı həmkarı Zelenski və Rusiyanın xarici işlər naziri Lavrovla görüşləri zamanı türk sülhməramlılarının Ukraynaya göndərilməsi məsələsini müzakirə edib.

Feb 27, 2025 - 19:12
Türkiyə sülhməramlılarını Ukraynaya göndərəcək – “Bloomberg”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Lakin Türkiyə hesab edir ki, onun formalaşması ilə bağlı bütün məsləhətləşmələrdə və hazırlıqlarda iştirak etməsə, heç bir sülhməramlı missiyada iştirak etməyəcək.

“Bloomberg” qeyd edib ki, Rusiya türk sülhməramlılarının göndərilməsi məsələsi ilə bağlı Türkiyəyə cavab verməyib. Zelenskinin bu məsələdə mövqeyi barədə heç nə deyilmir.

Agentlik onu da qeyd edir ki, NATO-nun ABŞ-dən sonra ikinci ən böyük ordusuna malik olan Türkiyə sülhməramlılarını göndərmək niyyətində olan avropalıların yükünü yüngülləşdirə bilər.

Xatirə SADİQ