Tramp Zelenskinin Vaşinqton səfərini ləğv etmək istəyib - İşə Makron qarışıb

Tramp Zelenskinin Vaşinqtona səfərini ləğv etmək istəyib, lakin Makron onu fikrindən daşındırıb.

Feb 27, 2025 - 19:09
Tramp Zelenskinin Vaşinqton səfərini ləğv etmək istəyib - İşə Makron qarışıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. 

Jurnalistlər iddia edirlər ki, çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski Amerika administrasiyasından ismarıc alıb. İsmarıcda ondan prezident Donald Trampla görüşməsi üçün Vaşinqtona gəlməməsi xahiş olunub.

Bundan sonra Zelenski fransalı həmkarı Emmanuel Makrona zəng edib. O da Trampla əlaqə saxlayıb, ondan həmkarını qəbul etməsini istəyib. Makron əlavə edib ki, onun üçün zəmanət verir. 

Bunun nəticəsində Tramp çərşənbə günü elan edib ki, Ukrayna liderini Ağ Evdə qəbul edəcək.

Xatirə SADİQ