İran Türkiyəyə qaz ixracını dayandırdı

İran İsrailin Cənub Pars qaz yatağına zərbələrindən sonra Türkiyəyə qaz ixracını dayandırıb.

Mar 24, 2026 - 22:48
İran Türkiyəyə qaz ixracını dayandırdı

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə qaz tələbatının təxminən 14%-ni İran qazı hesabına təmin edir, lakin qısa müddətdə bu itkini Rusiya və Azərbaycan qazı, həmçinin ehtiyatları hesabına kompensasiya edə bilər.

İranın qaz ixracını nə qədər müddət dayandıracağı isə hələlik naməlumdur.