Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DİQQƏT!

Martın 25-də paytaxtın Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.

Mar 25, 2026 - 01:08
Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DİQQƏT!

SAVASHMEDİA.az-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət saat 08:00-dan 26 mart saat 22:00-dək məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.