ABŞ Qrenlandiyada hərbi imkanlarını genişləndirir - Danimarka təsdiqlədi
Danimarka parlamenti ABŞ və Qrenlandiya arasında imzalanmış müdafiə və təhlükəsizlik razılaşmasını yekdilliklə təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, noyabrın 19-da keçirilən səsvermədə iştirak edən 109 deputatın hamısı sənədin lehinə səs verib.
Sentyabrın 22-də ABŞ, Danimarka və Qrenlandiya arasında imzalanan sənəd 1951-ci il müdafiə sazişini tamamlayır və ABŞ-nin adadakı hərbi imkanlarını genişləndirir.
Razılaşmaya əsasən, Vaşinqton Qrenlandiyanın şimal-qərbində yerləşən Pituffik hərbi-kosmik bazasını modernləşdirə, həmçinin Narsarsuaq və Mestersviq ərazilərində iki yeni hərbi obyekt yarada biləcək. Sənəd ABŞ-nin mümkün “Qızıl Günbəz” raketdən müdafiə sisteminin yaradılmasını da nəzərdə tutur.
Bununla belə, razılaşmada Danimarkanın Qrenlandiya üzərində suverenliyi və ada sakinlərinin öz müqəddəratını təyin etmək hüququ bir daha təsdiqlənir. Sənəd Qrenlandiya gələcəkdə müstəqillik qazansa belə qüvvədə qalacaq.
Razılaşmanın qüvvəyə minməsi üçün Danimarka hökuməti parlament prosedurlarının başa çatması barədə ABŞ-yə diplomatik nota göndərməlidir. ABŞ Senatının ayrıca təsdiqinə ehtiyac yoxdur.
Oğuz