"Putinlə görüşü ona görə ləğv etdim ki..." - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb.

Oct 23, 2025 - 01:50
"Putinlə görüşü ona görə ləğv etdim ki..." - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, Trampın çıxışı Ağ Evin "YouTube" kanalında dərc olunub.

Trampın sözlərinə görə, o, bu görüşün hazırkı mərhələdə “düzgün addım olmadığını” düşünüb.

“Mənə elə gəldi ki, biz istədiyimiz nəticəni əldə etməyəcəyik. Buna görə görüşü ləğv etdim. Amma onu gələcəkdə keçirəcəyik,” -deyə Tramp bildirib.

Aytən İbrahimova