İsmail Kartal telefonlara cavab vermir "Fənərbaxça"da istefa BÖHRANI

“Fənərbaxça”da İsmail Kartalın istefası ilə bağlı böhran dərinləşib.

Sep 11, 2026 - 19:10
İsmail Kartal telefonlara cavab vermir "Fənərbaxça"da istefa BÖHRANI

SAVASHMEDIA.az xəbər verir ki, “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra istefa verdiyini açıqlayan İsmail Kartal qərarından geri çəkilmək niyyətində deyil.

“Fənərbaxça” prezidenti Aziz Yıldırım isə Kartalın istefasını qəbul etmədiyini bildirib. O, baş məşqçiyə dəstək verərək komandanın onun rəhbərliyi altında Çempionlar Liqasına yüksəldiyini xatırladıb.

Yıldırım dünən Kartalla bağlı diqqətçəkən açıqlama da verib. O, “Mən onun böyüyüyəm, sözümdən çıxmaz” deyərək təcrübəli məşqçinin komandada qalacağına əminliyini ifadə edib.

Lakin bu gün vəziyyət daha da qarışıb.

Türkiyə mediasında yayılan məlumatlara görə, Kartal bu gün nə məşqə gəlib, nə də klub rəsmilərinin telefon zənglərinə cavab verib.

Görünən odur ki, Aziz Yıldırımın israrlarına baxmayaraq, İsmail Kartalın istefa qərarından geri çəkiləcəyi inandırıcı görünmür.

Oğuz