Kriştiano Ronaldo dünyanın ən çox maaş alan futbolçusudur – “Forbes”
Portuqaliyalı məşhur futbolçu Kriştiano Ronaldo dünyanın ən çox maaş alan futbolçuları siyahısına başçılıq edir .
SAVASHMEDİA.az “Forbes” jurnalına istinadən xəbər verir ki, bu, ardıcıl olaraq ikinci və on ildə altıncı dəfə Ronaldoya nəsib olub.
Bu il Səudiyyə Ərəbistanın “Ən-Nəsra” klubunun 39 yaşlı forvardının futbol üçün record sayılan 285 milyon dollar qazanacağı gözlənilir. Ronaldo bunun 220 milyon dollarını meydanda, 65 milyon dollarını isə meydandan kənarda qazanacaq. 1990-cı ildən bəri bu məbləği yalnız boksçu Floyd Meyvezer bir dəfə ötə bilib.
Bu mövsüm reytinqin ilk 10-luğunda yer alan futbolçular ümumilikdə rekord 983 milyon dollar (keçən illə müqayisədə +2%) məbləğində pul qazanacaqlar. Bu məbləğin böyük hissəsi Səudiyyə Ərəbistanı çempionatının oyunçularına çatacaq.
Gəlirlərə görə dünyanın ən yaxşı 10 futbolçusu aşağıdakılardır:
1. Kriştiano Ronaldo (“Ən-Nəsr”) – 285 milyon dollar;
2. Lionel Messi (“İnter Mayami”) – 135 milyon dollar;
3. Neymar (Əl-Hilal) - 110 milyon dollar;
4. Kərim Benzema (Əl-İttihad) - 104 milyon dollar;
5. Kilian Mbappe (“Real Madrid”) – 90 milyon dollar;
6. Erlinq Haaland (“Mançester Siti”) - 60 milyon dollar;
7. Vinisius Junior (“Real Madrid”) - 55 milyon dollar;
8. Mohamed Salah (“Liverpul”) – 53 milyon dollar;
9. Sadio Mane (“Ən-Nəsr”) - 52 milyon dollar;
10. Kevin De Breyne (“Mançester Siti”) - 39 milyon dollar.
Messi 2018-ci ildən 2020-ci ilə qədər reytinq cədvəlinə başçılıq edib, Mbappe isə 2022-ci ildə birinci yeri tutub.
Xatirə SADİQ