Sağ qalanlar belə xilas edilir - Təyyarə qəzasından YENİ VİDEO
“Azərbaycan Hava Yolları”na məxsus “Embraer” təyyarəsinin qəzadan sonrakı ilk dəqiqələrinin görüntüləri yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, sözügedən görüntülərdən sərnişinlərin qəzaya uğramış təyyarədən çıxarılma anları öz əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.