Sağ qalanların sayı 25 nəfərə çatdı

Qazaxıstanın Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus  məxsus təyyarənin qəzaya uğramasından sonra 25 nəfər sağ qalıb.

Dec 25, 2024 - 12:39
Sağ qalanların sayı 25 nəfərə çatdı

SAVASHMEDİA.az qazax KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

“Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. İlkin olaraq, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb", - məlumatda deyilir.

Qeyd edək ki, təyyarədə 67 nəfər olub, onlardan 5-I ekipaj üzvü, 62-si sərnişin olub. 

Təyyarə yerə düşdükdən sonra parçalanıb, onun quyruq hissəsi nisbətən salamat qalıb. 

Hazırda sərnişinlərin siyahısı dəqiqləşdirilir.

Xatirə SADİQ