İspaniyada ölənlərin sayı 200 nəfəri keçdi
İspaniyada baş vermiş fəlakətli daşqın nəticəsində 200-dən çox insanın öldüyü rəsmən təsdiqlənib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “El Rais” məlumat yayıb.
Təbii fəlakətin nəticələri ilə məşğul olan Birgə Koordinasiya Mərkəzi noyabrın 1-də Valensiya muxtar vilayətində 202 nəfərin öldüyünün təsdiqləndiyini bildirib.
Kastiliya-La-Mança və Əndəlüs bölgələrində üç ölümlə birlikdə ölənlərin sayı 205 nəfərə çatıb.
İşləri sürətləndirmək üçün fəlakət zonasında itkin düşənlərin axtarışına daha çox hərbçi cəlb edilib.
Valensiya hakimiyyəti daşqın qurbanlarına dəstək üçün vəsait toplamaq üçün rəsmi hesab açıb.
Xatirə SADİQ